Cessika Mauboy

Cessika Mauboy
Jessica Mauboy
Ümumi məlumatlar
Doğum adı Jessica Hilda Mauboy
Doğum tarixi 4 avqust 1989(1989-08-04) (35 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, müğənni-mahnı yazarı, kino aktrisası, söz yazıçısı[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2004-cü ildən
Janrlar müasir R&B[d], R&B, pop musiqisi, rəqs musiqisi[d]
Səs tembri soprano
Albom şirkətləri Sony Music[d]
jessicamauboy.com.au
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cessika Hilda Mauboy (ing. Jessica Hilda Mauboy; 4 avqust 1989, Darvin) və ya sadəcə Cessika MauboyAvstraliya müğənnisi, söz yazıçısıaktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur[1].

Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə tədqim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır. Musiqi karyerası ilə yanaşı Cessika aktrisalıqla da məşğul olmuş və Avstraliyanın istehsal etdiyi Bran Nue Dae (2010) and The Sapphires (2012) filmlərində rol almış və film sahəsindəki uğurlarına görə AACTA Awards mükafatına layiq görülmüşdür. 2016-cı ildə Cessika yenidən aktrisalığa geri dönmüş və iki fəsildən təşkil olunmuş The Secret Daughter teleserialında əsas qəhrəmanı canlandırmışdır. Daha sonra o The Secret Daughter teleserialının soundtreklərindən təşkil olunmuş albom ərsəyə gətirmiş və həmin albom Avstraliya albom siyahılarında birinciliyə yüksəlməyə nail olmuşdur.

Cessika Mauboy Avstraliyanın ən çox uğur qazanan sənətçilərindən biridir[2]. Onun albom siyahılarında ilk onluğa daxil olan beş studio albomu və hit paradlarda iyirmilikdə yer alan 16 sinqlı olmuşdur. Müğənni indiyədək iki ARIA Music Awards mükafatı qazanmış və Herald Sun qəzetinin "Bütün zaman üzrə 100 ən böyük Avstraliya müğənniləri" siyahısında 16-cı yerdə qərarlaşmışdır[3]. Cessika Snoop Dogg, Ludakris, Pitbull kimi dünya şöhrətli ifaçılar ilə əməkdaşlıq etmişdir. O eyni zamanda BeyonceKris Braun ilə birlikdə turlarda iştirak etmişdir. Cessika Avroviziya Mahnı Müsabiqəsində çıxış edən (2014) ilk Avstraliyalı ifaçı olmuşdur.

Cessika Mauboy Avstraliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[4].

  1. "ARIA Charts – End Of Year Charts – Top 50 Australian Artist Albums 2009". Australian Recording Industry Association. 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2009.
  2. "Jessica Mauboy fuses art and fashion". Sunday Style. News.com.au. 22 sentyabr 2015. 2017-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2016.
  3. "John Farnham tops the list of Australia's greatest singers of all time". Herald Sun. 2 aprel 2013.
  4. "Jessica Mauboy will represent Australia at Eurovision 2018". SBS. 11 dekabr 2017. 2017-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-11.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy